İŞİD terror qruplaşmasının döyüşçüləri Palmira şəhərində silah, partlayıcı maddələr və canlı qüvvə toplayır.
Bu haqda Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının Əsas operativ idarəsinin rəhbəri, general-leytenant Sergey Rudskoy bildirib.
"Biz bir neçə mənbə tərəfindən təsdiq edilən informasiya aldıq. İŞİD döyüşçüləri tarixi mirasın məhv edilməsi məqsədi ilə Palmira rayonuna böyük miqdarda partlayıcı maddələr göndərirlər”, - deyə o əlavə edib.
Rudskoyun sözlərinə görə, Palmiraya silah və partlayıcı maddələrin göndərilməsi Türkiyənin Suriyanın Əl Bab mahalında, həmçinin ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin İraqın Mosul şəhəri ətrafında apardığı əməliyyatları ilə bağlıdır. Generalın fikrincə, bu, Suriyanın şərq hissəsində İŞİD-in əhəmiyyətli güclərinin cəmlənməsinə səbəb olur.
Qeyd edək ki, Suriya ordusu 2016-cı ilin martında Rusiyanın dəstəyi ilə Palmiranı azad edib. Terrorçular dekabrın 11-də Palmiranı yenidən tutublar./publika
7news.Az








