RU
Rusiya: “İŞİD Talibandan iki dəfə çox maaş verir”
22:07
315

Rusiya: “İŞİD Talibandan iki dəfə çox maaş verir”

Rusiyanın Tacikistandakı səfiri İqor Lyakin-Frolov Əfqanıstanda İŞİD terrorçularının sayının 3500-ə çatdığını açıqlayıb.

Səfir İŞİD-in Talibandan daha yüksək maaş verdiyini iddia edib.   “İŞİD əsasən terrorçu qruplaşmalardan muzdlu döyüşçülər toplayır. Təşkilatın əsas hədəfi fərqli silahlı qruplaşmalardan döyüşçü toplamaq və əfqan gəncləri sıralarına qatmaqdan ibarətdir. Görünür, təşkilat hədəfinə çatır. Hazırda Əfqanıstanda 3500 İŞİD üzvü var”, - diplomat qeyd edib.   Təşkilatın Əfqanıstanda qısa müddət ərzində nüfuzunu yayaraq dərin kök atdığını deyən səfir artıq 30-a yaxın bölgədə vəziyyətin gərginləşdiyini qeyd edib:   “Təşkilatın cihad ideologiyası, Yaxın Şərqdə apardığı uğurlu mübarizə, sahib olduğu əhəmiyyətli maliyyə mənbələri əfqan gənclərin marağını çəkir. Bəzi mənbələrə görə, İŞİD Talibandan iki dəfə artıq maaş verir”.   67 yaşlı diplomat İŞİD-in Tacikistan sərhədində çatdığını vurğulayıb./axar.az

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ