Rusiya İstintaq Komitəsi səfir Andrey Karlovun Ankarada öldürülməsi ilə bağlı cinayət işi qaldırıb.
7news.Az "Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə komitənin mətbuatla iş üzrə əməkdaşı Svetlana Petrenko bildirib.
"Rusiyanın Türkiyədəki səfirinə qarşı hücumla bağlı Cinayət Məcəlləsinin 360-cı maddəsinə (Dövlət mühafizəsindən istifadə edən xarici ölkənin nümayəndəsinə qarşı hücum) əsasən, cinayət işi açılıb”, - deyə S. Petrenko vurğulayıb.
7news.Az








