Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Krımda diversiya hazırlığında şübhəli bilinən şəxsi saxlayıblar.
7news.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilir.
Şübhəlinin Ukrayna Təhlükəsizlik Xidmətinin agenti olduğu bildirilir. Məlumata görə, diversiya aktları "yarımadanın infrastruktur obyektləri və həyat təminatına qarşı” hazırlanırdı.
Agent, xüsusi halda, Sudak-Novıy elektrikötürücü xəttini yararsız vəziyyətə salmalı və yanğın yolu ilə meşə massivlərini məhv etməli idi.
Saxlanılan şəxs Xarkov vilayətinin sakini Genadi Lemeşkodur. O daha əvvəl Donbasda silahlı konflikt zonasında böyük kəşfiyyatçı idi.
7news.Az








