7NEWS.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Rostov şəhərindəki binasında yanğın baş verib. Rusiya Tass Xəbər Agentliyinin məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Nəzarəti İdarəsinin binasında baş verən yanğında 1 nəfər ölüb. Hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib. Yanğın zamanı iki nəfər xəsarət alıb. Rostov vilayətinin qubernatoru Vasiliy Qolubev bildirib ki, ilkin təsbitlərə görə, yanğın elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib. Qubernator şəhər sakinlərinin ətrafdakı binalardan təxliyə edildiyini bildirib.
7NEWS.az








