7NEWS.az xəbər verir ki, Böyük Britaniya və ABŞ kimi ölkələrin də KKTC-də ofislərinin olduğunu qeyd edən Rusiyanın rəsmi xəbər agentliyi TASS Şimali Kiprdə yaşayan Rusiya vətəndaşlarından yüksək tələbat olduğunu bildirib. Rusiyanın KKTC-də konsulluq xidməti göstərmək üçün Lefkoşanın türk hissəsində yer axtarması bir müddətdir gündəmdə idi. TASS xəbər verir ki, Rusiyanın Kipr Rum administrasiyasındakı səfirliyi, KKTC-də yaşayan Rusiya vətəndaşlarının sıx tələbi səbəbindən diplomatik ofis işlərinin sürətləndirildiyini açıqlayıb.
7NEWS.az








