Koronavirusla mübarizə çərçivəsində Rusiyada hazırlanan "Sputnik V" adlı vaksinin istehsalına başlanıb.
7News.Az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirək ki, vaksin Qameleya Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin vaksinin tapıldığını 11 avqustda açıqlamışdı.








