Prezident Rəcəb Tayyib Ərdoğanın yeni kabinetdə keçmiş MİT direktoru Hakan Fidanı Xarici İşlər Naziri təyin etməsindən sonra 2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin Fidanla bağlı dediyi sözlər yenidən gündəmə gəlib.
7NEWS.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın yeni kabinetində vitse-prezident də daxil olmaqla 16 yeni ad özünə yer taparkən, ən çox diqqət çəkən qərarlardan biri Hakan Fidan oldu. MİT sədri Fidan Xarici İşlər Nazirliyinə təyin edilib və bu vəzifəni Mövlud Çavuşoğlundan götürüb.
2016-cı ildə Çinin Hangcou şəhərində keçirilən G-20 Liderlər Zirvə toplantısında Rusiya prezidenti Vladimir Putin Ərdoğanla görüşündə Fidanı tərifləyib. "MİT müşavirimiz, eləcə də bir çox nazirlər buradadır" deyən Ərdoğana cavab verən Putin, "Kəşfiyyat rəhbəri burada olduğu üçün danışacaq bir şeyimiz yoxdur. O, artıq sizə hər şeyi danışıb" deyib.
7NEWS.az








