RU
Rusiya Mariupolda ilk dəfə uzaqmənzilli bombardmançılardan istifadə edib
21:00
2568

Rusiya Mariupolda ilk dəfə uzaqmənzilli bombardmançılardan istifadə edib

Rusiya Ukraynaya hücum etdikdən bəri ilk dəfə olaraq mühasirədə olan liman şəhəri Mariupola qarşı uzaqmənzilli bombardmançılardan istifadə edib.

7NEWS.Az "Guardian"a istinadən xəbər verir ki, bunu Ukraynanın Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, Rusiya həftələrdir mühasirədə olan liman şəhəri ilə yanaşı Rubejnoe və Popasnaya şəhərlərini də almağa çalışır.

O, həmçinin Rusiya Silahlı Qüvvələrinin Mariupolu tam ala bilmədiyini və orada küçə döyüşlərinin davam etdiyini vurğulayıb.

Müdafiə Nazirliyinin sözçüsü əlavə edib ki, Mariupolun İlliç Polad və Dəmir Zavodunun ətrafında, eləcə də liman ərazisində aktiv döyüşlər gedir.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ