RU
Rusiya məhkəməsi canlı yayımda plakat açan televiziya əməkdaşını cərmələyib
21:38
166

Rusiya məhkəməsi canlı yayımda plakat açan televiziya əməkdaşını cərmələyib

Məhkəmə Rusiyanın "Pervıy” televiziya kanalının canlı efirində Ukraynada müharibəyə qarşı etiraz edən Mariya Ovsyannikovanı cərimə edib.

7NEWS.Az-ın "Ria Novosti"yə istinadla xəbərinə görə, məhkəmənin qərarı ilə Ovsyannikova İnzibati Xətalar Məcəlləsinin 20.2-ci (icazəsiz tədbir keçirmə) maddəsi ilə təqsirli bilinərək 30 min rubl (450 manat) məbləğində cərimə olunub.

Ovsyannikova özünü təqsirli bilməyib.

Qeyd edək ki "Pervıy” Kanalın əməkdaşı Mariya Ovsyannikova martın 14-də xəbərlərin canlı yayımı zamanı kamera qarşısına çıxaraq, üstündə "müharibəyə yox” sözləri yazılmış plakat açıb və "müharibəni dayandırın!” şüarı səsləndirib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ