RU
Rusiya MN: Poltava və Dnepr aerodromları sıradan çıxarılıb
15:45
671

Rusiya MN: Poltava və Dnepr aerodromları sıradan çıxarılıb

Rusiya Silahlı Qüvvələri yüksək dəqiqlikli silahlarla Ukraynanın Poltava və Dnepr aerodromlarını sıradan çıxarıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Yüksək dəqiqlikli havadan buraxılan raketlər Poltava və Dneprdəki hərbi aerodromları sıradan çıxarıb”, - Rusiya MN rəsmisi vurğulayıb.

Konaşenkov uzaqmənzilli yüksək dəqiqlikli silahlarla Kremençuq neft emalı zavodunda benzin və dizel yanacağı olan anbarlarıın məhv edildiyini də qeyd edib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ