Atəşkəs zamanı Ukraynaya məxsus pilotsuz uçuş aparatı Rusiyanın Kursk vilayətinin Lqov şəhərindəki Rosneft yanacaqdoldurma məntəqəsinə zərər vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, atəşkəs zamanı günorta Ukrayna Silahlı Qüvvələrinin bütün cəbhə xətti boyunca atəş və döyüş əməliyyatlarının intensivliyi azaldılıb: "Ukrayna Silahlı Qüvvələri atəşkəs zamanı artilleriya, reaktiv yaylım atəşi qurğusu və tanklardan istifadə edərək Rusiya qoşunlarının mövqelərinə 694 hücum həyata keçirib. Belqorod və Kursk vilayətlərinin hava məkanından kənarda 11 Ukrayna PUA-sı məhv edilib. Kiyev tərəfindən ümumilikdə 6558 atəşkəs pozuntusu qeydə alınıb.
Rusiya qoşunları atəşkəsə ciddi şəkildə riayət edib və əvvəllər tutduqları mövqelərdə qalıb. Atəşkəsin bitməsi ilə Rusiya Silahlı Qüvvələri xüsusi hərbi əməliyyatlarını davam etdirib".
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında Pasxa bayramı ilə əlaqədar aprelin 11-dən aprelin 12-si gün bitənədək atəşkəs elan olunub./apa








