Rusiya Silahlı Qüvvələri fevralın 26-da gün ərzində havadan və dənizdən qanadlı raketlərdən istifadə etməklə, yüksək dəqiqlikli silahlarla Ukraynanın hərbi infrastrukturunu atəşə tutub.
7NEWS.Az-ın xəbərinə görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
O, Rusiya hərbçilərinin şəhərlərə və yaşayış məntəqələrinə hərbi zərbələr endirmədiyini, mülki insanların həyatının qorunması üçün bütün tədbirləri gördüyünü söyləyib.
7NEWS.Az








