RU
Rusiya MN Ukraynanın hərbi itkilərini açıqlayıb
15:30
695

Rusiya MN Ukraynanın hərbi itkilərini açıqlayıb

Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya silahlı qüvvələri 133 təyyarə və 458 pilotsuz uçuş aparatı məhv edib.

7NEWS.Az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenko bugün keçirdiyi brifinqdə bildirib.
"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukraynanın 133 təyyarə, 458 pilotsuz uçuş aparatı, 246 zenit-raket kompleksi, 2246 tank və digər zirehli döyüş texnikası, 252 reaktiv yaylım atəşi sistemi, 981 səhra artilleriya və minaatan qurğusu, o cümlədən 2146 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edilib”, - Rusiya MN sözçüsü qeyd edib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ