ABŞ Rusiya hərbçilərini Ukraynada kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etməkdə ittiham etmək üçün təxribatlar hazırlayır.
7NEWS.Az-ın məlumatına görə, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib.
Qeyd olunub ki, Xarkov və Kiyevdəki kimyəvi və bioloji obyektlərdə təxribat variantı ən çox ehtimal olunandır:
"Zaporojye AES-də təxribat istisna edilmir. Təxribatı səhnələşdirmənin yüksək ehtimalı Ukraynaya zəhərli antidotların tədarükü faktları ilə təsdiqlənir".
Rusiya MN-dən o da bildirilib ki, bu təxribatlar o cümlədən Hindistan və Çinə təzyiq göstərmək, onları Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə məcbur etmək üçün planlaşdırılır.
7NEWS.Az








