RU
Rusiya Müdafiə Nazirliyi: “Sülhməramlılar mühasirəyə düşməyib”
11:30
182

Rusiya Müdafiə Nazirliyi: “Sülhməramlılar mühasirəyə düşməyib”

Rusiyanın Müdafiə Nazirliyi jurnalistlərə bildirib ki, Dağlıq Qarabağda Rusiya sülhməramlılaırnın guya mühasirəyə düşməsinə dair informasiya həqiqətə uyğun deyil.

RIA Novosti agentliyi yazır ki, bundan əvvəl bəzi kütləvi-informasiya vasitələri Rusiya sülhməramlılarının Hadrut rayonunda Azərbaycan ordusunun mühasirəsinə düşdüyünə dair məlumatlar yaymışdı.

Belə bir iddianı dekabrın 16-da AzadlıqRadiosunun Erməni xidmətinə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan da səsləndirib.

Baş nazir demişdi ki, bu, münaqişə zonasında rabitənin olmaması nəticəsində baş verir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ