RU
Rusiya NATO-ya etiraz etdi
20:16
446

Rusiya NATO-ya etiraz etdi

Rusiya Monteneqronun NATO-ya üzvlüyünə rəsmi reaksiya verib.

Bu barədə məlumat Rusiya mətbuatında yer alıb.

Məlumata əsasən, Kreml, NATO Xarici İşlər Nazirlərinin keçmiş Yuqoslaviya Respublikasının tərkibində olmuş Monteneqronu 29-cu üzv olaraq, bu ittifaqa dəvət etməsinə reaksiya verib.

Məsələ ilə bağlı Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

D.Peskov bildirib ki, NATO-nun genişlənmə siyasəti qarşılıqsız qalmayacaq: “Moskva müxtəlif sahələrdə hər zaman bunu vurğulayır ki, NATO-nun genişlənməsi, ittifaqın Şərqə istiqamətlənməsi Rusiya tərəfindən qarşılıqsız buraxılmayacaq. Rusiyanın mənfəətlərinin qorunması və dəstəklənməsi baxımından, bu, vacibdir”.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ