Rusiya ilə ABŞ arasında gərginlik getdikcə artır.
7News.az xəbər verir ki, Vaşinqtonun hərbiçilərini Norveçdəki hərbi Vaemes hərbi bazasına göndərməsi və Oslonun buna icazə verməsi Moskvanın etirazına səbəb olub. Baş verənlərə münasibət bildirən parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Frants Klinşevitç Norveçi açıq-aşkar hədələyib.
O bildirib ki, Moskvanın şimal sərhədlərində baş verənlərə dərhal reaksiya verilməlidir. Bütün bunların Norveç və norveçlilər üçün acınacaqlı nəticələrə səbəb olacağını bildirən komitə sədri, Skandinav ölkəsini Rusiyanın hiddətindən uzaq olmağa səsləyib.
Moskvanın hədələrinə cavab isə özünü çox gözlətməyib. Müdafiə naziri İne Eriksen Soreide bildirib ki, Moskvanın bəyanatları anlaşılmazdır. "Rusiya NATO ilə bağlı istənilən addımı özünə təhlükə kimi qəbul edir” deyən xanım nazir, Moskvaya ölkənin daxili işlərinə qarışmamağı tövsiyə edib.
7News.az







