RU
Rusiya nüvə silahlarını nə vaxt geri çəkəcək? – KREML AÇIQLADI
20:47
470

Rusiya nüvə silahlarını nə vaxt geri çəkəcək? – KREML AÇIQLADI

"NATO raketləri Avropada olduğu müddətdə "İsgəndər” raketlərinin Kalininqraddan çıxarılması mümkün deyil”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov BBC telekanalına müsahibəsində deyib.

Daha əvvəl Polşa hakimiyyəti sərhədyanı Kalininqrad vilayətində "İsgəndər-M” raketlərinin yerləşdirilməsi ilə əlaqədar Rusiya təhdidinin mövcudluğundan dəfələrlə danışıb.

"İsgəndər-M” raketi 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirə və nüvə başlığı da daşıya biləcək gücdədir. Raketin əsas özəlliyi ondan ibarətdir ki, bu raketlər xüsusi uçuş trayektoriyasına malikdir və hələ dünyada mövcud olan heç bir raketdən müdafiə sistemi, o cümlədən İsrail və ABŞ-ın sərəncamında olan raketdən müdafiə sistemləri onu vura bilməz. Yaxın gələcəkdə də heç kimin belə raketdən müdafiə sisteminə malik olacağı gözlənilmir.

Rusiya ABŞ-ın Avropada raketdən müdafiə sistemlərinin elementlərini yerləşdirmək planlarına cavab olaraq "İsgəndər-M” raketlərini Kalininqrad vilayətinə yerləşdirib. Müxtəlif təyinatlı döyüş başlıqları daşıya bilən "İsgəndər-M” raketləri kvaziballistik, yəni manevrli hərəkət trayektoriyasına malikdir. Bütün uçuş boyu raket avtomatik olaraq aerodinamik və qazodinamik sükanlar vasitəsilə idarə olunur. "Stels” texnologiyası ilə hazırlanıb və radarlara yaxalanmır. Yer səthindən cəmi 50 metr hündürlükdə uçur və bu səbəbdən onu radarlarla aşkar etmək praktiki olaraq mümkün deyil./publika
 
7news.Az
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ