RU
Rusiya ordusu analoqu olmayan silaha sahib olacaq - Çox yaxında
13:56
414

Rusiya ordusu analoqu olmayan silaha sahib olacaq - Çox yaxında

Rusiya ordusu çox yaxında S-500 Triumf havadan müdafiə sisteminin sahibi olacaq.

Bunu Rusiya Hava və Kosmos Müdafiə Akademiyasının prezidenti Vladimir Liaporov deyib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi qəzetinə müsahibə verən Liaporov 2019-cu ildə S-500-lərdən istifadə edəcək mütəxəssislərin akademiyadan məzun olacaqlarını qeyd edib. O bildirib ki, yaxın zamanda S-500 sistemlərinin ordunun xidmətinə veriləcəyini gözləyir.

Qeyd edək ki, S seriyasından olan zenit raket komplekslərinin istehsalı yalnız Rusiyaya məxsusdur. Kompleksin istifadəçiləri isə Rusiya, Belarus, Çin ordularıdır. Türkiyə, Hindistan və Səudiyyə Ərəbistanı isə komplekslərin əldə olunması ilə bağlı müqavilə imzalamışdır./publika

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ