RU
Rusiya ordusu Ukraynada avtobusa dron zərbəsi endirib: 3 nəfər ölüb, 12 yaralı var - FOTO
11:40
61

Rusiya ordusu Ukraynada avtobusa dron zərbəsi endirib: 3 nəfər ölüb, 12 yaralı var - FOTO

Aprelin 7-də səhər saatlarında Rusiya ordusu Nikopolda avtobusa zərbə endirib.

Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja "Telegram”da bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər ölüb və 12 nəfər yaralanıb.

Administrasiya rəhbəri Rusiya ordusunun FPV dronu ilə Nikopolun mərkəzində avtobusa zərbə endirdiyini qeyd edib.

Qanja vurğulayıb ki, hadisə avtobus dayanacağa yaxınlaşarkən baş verib, həm salonda, həm də dayanacaqda insanlar olub: "Bu, təsadüfi bir zərbə deyildi. Bu, sadəcə öz işləri ilə məşğul olan mülki şəxslərə qarşı şüurlu bir terrordur”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ