RU
Rusiya ordusu Xerson şəhər şurasının binasını ələ keçirib
23:30
2940

Rusiya ordusu Xerson şəhər şurasının binasını ələ keçirib

Rusiya hərbçiləri Ukraynan Xerson şəhərində şura binasına nəzarəti ələ keçiriblər. Bələdiyyənin əməkdaşları iş yerlərindən qovulublar.

Bu barədə 7NEWS.Az "RBC-Ukraina”ya istinadən xəbər verir.

Qeyd edilir ki, aprelin 25-də günortadan sonra Rusiya qoşunları Şəhər Şurasının binasına nəzarəti ələ alıblar. Onların tələbləri məlum deyil.

"Saat 16:30-da Rusiya hərbçiləri binaya daxil olub, bütün işçilərə çıxıb getmələrini dedilər. Binadan Ukrayna bayrağını götürüblər. İnsanlara heç bir izahat verilməyib. Binadan sonuncu olaraq mer İqor Kolıxayev çıxıb", - Şəhər Şurasının əməkdaşlarından biri deyib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ