RU
Rusiya ordusu Xersonu atəşə tutub, 6 dinc sakin ölüb, 3 nəfər yaralanıb
12:20
164

Rusiya ordusu Xersonu atəşə tutub, 6 dinc sakin ölüb, 3 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri ötən gecə Xerson vilayətini atəşə tutub.

Bu barədə Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb.

O bildirib ki, son sutka ərzində Rusiya ordusu ümumilikdə 86 hücum həyata keçirib. Ağır artilleriyadan, tanklardan, pilotsuz uçuş aparatlarından və aviasiyadan 381 mərmi atılıb. Nəticədə 6 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-dən başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ