Rusiya Polşaya etiraz notası verib. 7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, buna səbəb Polşanın paytaxtı Varşavada rus dilində tədris verən məktəbə hücum cəhdidir.