Rusiya ordusu Suriyanın şimalında qaçqın düşərgələrini bombalayıb.
İdlibə aviazərbələr zamanı 10 nəfər dünyasını dəyişib, onlardan 2-nin uşaq olduğu bildirilib.
Xatırladaq ki, iki həftədir baş tutan əməliyyatda 50 vətəndaş dünyasını dəyişib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi 30 sentyabrda İŞİD-ə qarşı hərbi əməliyyat elan etmişdi.
Rus təyyarələri daha çox Humus, Hama, İdlib və Hələbdə müxaliflərə aid qərargah, təhsil kampları və vətəndaş məskunlaşma yerlərini hədəf alır./qafqazinfo
7news.az








