Rusiya Müdafiə naziri Sergey Şoyqu İŞİD-in Suriya ərazisindəki mövqelərinə bombardmançı təyyarələrdən qanadlı raketlərlə zərbə endirildiyini bildirib.
7news.az BBC-yə istinadən xəbər verir ki, Şovqu İŞİD silahlılarının mövqeləri istiqamətində 34 qanadlı raket buraxıldığını bidirib.
Əvvəl Rusiya və xarici media vasitələri raketlərin Suriya ərazisindəki Raqqa şəhərinə vurulduğunu bildirmişdi.
Xəbər verilir ki, "Kalibr" tipli raketlər Şimal donanmasından Novorossiysk şəhərinə yollanan Rusiyanın "Rostov-na-Donu" sualtı qayığından Aralıq dənizi istiqamətində buraxılıb.
Lakin bu məlumatları təsdiqləməyən Şoyqu bildirib ki, Rusiya Suriyada hədəfləri Tu-22M3, Tu-160 və Tu-95MC strateji bombardmançıların buraxdığı raketlərlə vurub.
"Suriya ərazisində İD qrupu mövgelərinə genişmiqyaslı zərbələr endirilir", - Şoyqu bildirib.
7news.az








