RU
Rusiya qərar verdi: Ənənəvi təhsil bərpa olunacaq
15:00
742

Rusiya qərar verdi: Ənənəvi təhsil bərpa olunacaq

Rusiyada sentyabrın 1-də dərs ili əyani formatda başlanacaq.

Bu barədə Rusiyanın maarif naziri Sergey Kravtsov bildirib.

Nazir şagird və tələbələrin müəllimləri ilə dərs ilinin ilk günü görüşməsinin vacib olduğunu deyib. Kravtsov, həmçinin əlavə edib ki, hər region epidemioloji vəziyyətə əsasən qərar vermək ixtiyarındadır.

Bundan əlavə, Maarif naziri müəllim, şagird və tələbələrin məcburi peyvənd edilməsinin əleyhinə olduğunu söyləyib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ