7NEWS.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmiləri qabaqcıl qitələrarası ballistik raketi sınaqdan keçirdiklərini açıqlayıb. Sınaq edilən raket sisteminin növü dəqiqləşdirilməyib, lakin son vaxtlar Rusiyada hazırlanmış bütün raket sistemləri adi və nüvə başlıqlarını daşıya bilir.
Rusiya Müdafiə Nazirliyinin rəsmiləri Kapustin Yar poliqonunda qabaqcıl qitələrarası ballistik raketi uğurla sınaqdan keçirdiklərini bəyan ediblər. Sözügedən raketin döyüş başlığının sınaq zamanı müəyyən edilən hədəfi vurduğu qeyd edilib.
7NEWS.az








