RU
Rusiya qoşunlarını Suriyadan çıxarır
13:26
1169

Rusiya qoşunlarını Suriyadan çıxarır

Xmeynim aviabazasındakı texniki personal Suriyadan çıxmaq üçün hazırlığa başlayıb.

7News.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirlik ordunun şəxsi heyətinin artıq müxtəlif materialların hərbi nəqliyyat təyyarələrinə yüklənildiyini bildirib.

Qeyd edək ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putin Müdafiə naziri Sergey Şoyquya rus qoşunlarının mərhələli şəkildə Suriyadan çıxarılması ilə bağlı əmr verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ