Rusiya qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Jelanne Perşe kəndini atəşə tutması nəticəsində körpə və yeniyetmə daxil olmaqla 5 nəfər yaralanıb.
Bu barədə regionun prokurorluğu məlumat yayıb.
Bildirilib ki, hadisə yerli vaxtla 19:30-da baş verib. Rusiya ordusunun reaktiv artilleriyadan atəş açdığı güman edilir.
Müharibə qanunlarının və adətlərinin pozulması faktı üzrə cinayət işi üzrə prokurorluq tərəfindən ibtidai araşdırma aparılır.








