RU
Rusiya Qvardiyası Ukraynada diversiya qrupunu məhv etdiyini açıqlayıb
20:20
988

Rusiya Qvardiyası Ukraynada diversiya qrupunu məhv etdiyini açıqlayıb

Rusiya Qvardiyasının xüsusi təyinatlıları Xarkov vilayətində Ukraynanın ərazi müdafiəsi bölməsinin rəhbərini məhv edib.

Bu barədə TASS-a Rosqvardiyanın mətbuat xidmətindən məlumat verilib.
"Rusiya qvardiyaçıları kəşfiyyat-axtarış tədbirləri zamanı meşəlik ərazidə gizli şəkildə Rusiya qoşunlarının mövqelərinə doğru irəliləyən tanınma nişanları olmayan silahlı dəstə aşkar ediblər. Diversantlar təslim olmaq təklifinə reaksiya verməyib və atəş açıblar. Xüsusi təyinatlılar diversiya qrupunu cavab atəşi ilə məhv ediblər”, deyə məlumatda bildirilib./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ