Rusiya regionda təhlükəsizliyini qarantıdır.
Bu keçirilən Bakıda Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclası zamanı baş nazirin müavini Yaqub Eyyubov bildirib.
"Azərbaycanla Rusiyanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Rusiya yalnız bizim iqtisadi tərəfdaşımız deyil, həmçinin regionda təhlükəsizliyin qarantıdır. Rusiya çalışır ki, hər yerdə sülh olsun, ölkələrin daxili işlərinə qarışan olmasın”,- deyə Eyyubov qeyd edib
Baş nazirin müavini vurğulayıb ki, Bakı Moskva ilə münasibətlərini çox yüksək qiymətləndirir: "İki ölkə arasında mal dövriyyəsi 2014-cü ildən bəri azalmaqdadır, bunun əsas səbəbi iqtisadi böhrandır.Hər yerdə ciddi ziyan var. Bizdə də devalvasiya olub”.
7News.az








