Rusiya nümayəndə heyəti Suriyaya səfər edəcək.
14 nəfərdən ibarət heyətin səfəri fevralın 6-sından başlayacaq. Bildirilir ki, qrupa parlament nümayəndləri, həkimlər və digər rəsmi şəxslər daxildir.
Məlumata görə, rusiyalı nümayəndə heyəti Suriya parlamentinin spikeri Hadi Abbas və ölkə məmurları ilə həmsöhbət olacaq. Həmçinin, qeyd edilir ki, heyətin prezident Bəşər Əsədlə də görüşü gözlənilir./qafqazinfo
7news.Az








