7NEWS.az xəbər verir ki, Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzia Avropa Şurasının sədri Şarl Mişelin ittihamları ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib. Mişel Rusiyanın ərzaq tədarükündən inkişaf etməkdə olan ölkələrə qarşı "silah kimi” istifadə etdiyini bildirib və Rusiyanı ərzaq böhranına səbəb olmaqda ittiham edib.
7NEWS.az








