RU
Rusiya səfiri: Qarabağda müharibə olmayacaq
15:30
503

Rusiya səfiri: Qarabağda müharibə olmayacaq

“Münaqişə yalnız danışıqlar masası arxasında həll oluna bilər”.

Qarabağ münaqişəsini hərbi yol ilə həll etmək mümkün deyil. O, yalnız danışıqlar masası arxasında və yalnız sülh yolu ilə həll edilə bilər.

Bu barədə sentyabrın 29-da jurnalistlərlə görüşdə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri İvan Volınkin bildirib və əlavə edib ki, ATƏT-in Minsk qrupu və bütün dünya ictimaiyyəti buna yönəlib.

“Mən ümid edirəm ki, heç bir gərginlik olmayacaq”, - İvan Volınkin vurğulayıb.

Onun sözlərinə görə, təmas xəttində və sərhəddə baş verənlər dərin təəssüf doğurur.

“Həlak olan hərbçilərin ailələrinə dərin hüznlə başsağlığı verirəm”, - rusiyalı diplomat qeyd edib.

Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsinin mümkünlüyünə dair suala cavab verərkən, Rusiya səfiri qeyd edib:

“Mövzunun iki nazirin Nyu-Yorkdakı görüşündə müzakirə olunduğunu düşünürəm. Amma təəssüf ki, nəticələri bilmirəm”.

News.am-ın müxbirinin Azərbaycan tərəfindən atəşkəs rejiminin mütəmadi olaraq pozulmasının qarşısı alınması üçün ATƏT-in Minsk qrupu üçün nəyin çatışmadığını və ya nəyin edilmədiyinə dair sualına gəlincə isə İvan Volınkin bildirib:

“ATƏT-in Minsk qrupu sadəcə vasitəçidirlər. Əsas olan əlbəttə ki, iki ölkə arasındakı danışıqlardır”./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ