Rusiyanın Türkiyədəki səfiri Ankarada vurulub
Səfirə hücum edən şəxs əvvəlcə havaya 2 dəfə atəş açıb və daha sonra səfiri vurub. Həmin şəxs "Biz Hələbdə ölürük, siz burada öləcəksiniz. Qatillərə bunu edirik. Mən buradan sağ çıxmayacağam. Həmçinin siz də." - deyərək, onu güllələyib.
Həmin şəxs təkbir çəkərək ətrafdakı insanlara və səfirə atəş açıb. Naməlum şəxsin qara kostyum geyinib özünü güvənlik işçisi kimi bildirərək içəri girdiyi bildirilir./olke.az
7news.Az









