Xarici KİV Ankarada Rusiya səfirini öldürən qatil - Altıntaş Mertlə 1914-ci ildə iyunun 28-də Avstriya-Macarıstan taxt-tacının vəliəhd hersoqu Frans Ferdinandı öldürən serb millətçisi Qavrilo Prinsip arasında zahiri oxşarlıq aşkar ediblər. Frans Ferdinandla Rusiya səfiri Karlovun bənzərliyi nəzərə çarpır.
7News.az xəbər verir ki, Sarayevoda baş verən bu sui-qəsd Birinci dünya müharibəsinin başlanğıcını qoyub.
Bəzi KİV-lər bunu ruhun bir insandan digərinə keçməsi kimi yozurlar. Bu təsdiqlənməsə də, həm qatilin, həm də qurbanların bir-birinə oxşaması göz önündədir.
7News.az









