RU
Rusiya səfirinin qətlində “FETO” izi — Rəsmi ittiham
23:58
454

Rusiya səfirinin qətlində “FETO” izi — Rəsmi ittiham

Səfirin vuran şəxsin "FETO” ilə əlaqələrinə görə barəsində araşdırma aparıldığı iddia edilib.

Bu iddianı CNN Türk kanalında çıxış edən Yaşar Hacısalihoğlu irəli sürüb.

O bildirib ki, həmin şəxs çevik polis alayında xidmət edib və "FETO” işinə görə istintaqa cəlb edilib.

 "Rusiya təyyarəsinin vurulmasında barmağı olanlar bu hadisəyə rəvac veriblər”

Bu bəyanatla isə Ankara Böyükşəhər Bələdiyyə başçısı Melih Gökçek çıxış edib.

"Hadisə Çağdaş Sənətkarlar Muzeyində baş verib. Bu qətl alçaqcasına törədilən qətldir. Bunu edənlər Türkiyə ilə Rusiya arasında dostluğa xələl gətirmək istəyirlər. Əminəm ki, Rusiya təyyarəsinin vurulmasında barmağı olanlar bu hadisəyə rəvac veriblər”, - deyə Melih Gökçek bildirib./olke.az

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ