Suriyanın paytaxtı Dəməşqdə Rusiya səfirliyi minaatanlardan atəşə tutulub.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN məlumat yayıb. "Mərmilərdən biri diplomatik missiyanın həyətyanı ərazisinə, ikinci mərmi isə səfirliyin yaxınlığına düşüb”,- məlumatda qeyd olunur.
Məlumata əsasən, hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb.
7news.Az








