Rusiyanın Azərbaycandakı səfirliyi hərbi helikopterin qəzaya uğraması ilə bağlı Azərbaycana bağsağlığı verib.
Səfirliyin tviter hesabında edilən paylaşımda deyilir:
"Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların qohumlarına və yaxınlarına başsağlığı veririk və yaralılara şəfa diləyirik.
Allah rəhmət eləsin!”








