Rusiyanın İtaliyadakı səfirliyi "La Stampa” qəzetini məhkəməyə verib.
7NEWS.Az-ın "Le Matin” saytına istinadla xəbərinə görə, buna səbəb hərbi jurnalist Domeniko Kuirikonun Rusiya prezidenti ilə bağlı məqaləsi olub.
Ukraynadan söhbət açan məqalə müəllifi qeyd edib ki, hərbi müdaxilə istisnadır, diplomatik cəhdlər səmərəsizdir: "Çıxış yolu Çarı öz yaxınlarının əli ilə öldürməkdir. Bayden, NATO və Avropanın bir nömrəli planı budur: Moskvada kimsə Putini öldürsün və canımız bu ağır yükdən qurtarsın”.
Səfir Sergey Razov məqalənin jurnalistika prinsiplərindən uzaq olduğunu iddia edib.
7NEWS.Az








