Rusiya Ukraynanın Severodonetsk şəhərində yerləşən "Azot” kimya zavodundan mülki şəxslərin təxliyəsi üçün humanitar dəhliz açacaq.
Bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
Nazirlik humanitar dəhlizin sözügedən zavoddan Svatovo şəhəri istiqamətində açılacağını açıqlayıb.
Məlumata görə, humanitar əməliyyat iyunun 15-i yerli vaxtla 08:00-dan 20:00-a qədər həyata keçiriləcək.








