7NEWS.az xəbər verir ki, Rusiyanın dövlət müdafiə sənayesi şirkəti Rostec-in vitse-prezidenti Vladimir Artyakov bu il beşinci nəsil Su-57 qırıcılarının istehsal sürətini artırmağı planlaşdırdıqlarını bildirib.
Rusiyanın beşinci nəsil çoxfunksiyalı Su-57 qırıcısının hərbi xidmətə seriyalı tədarükü 2022-ci ildə başlayıb. Onların sayının 2024-cü ildə 22-yə, 2028-ci ildə isə 76-ya çatdırılması planlaşdırılır.
7NEWS.az








