RU
Rusiya təyyarələri Suriyada xəstəxana bombaladı
22:32
905

Rusiya təyyarələri Suriyada xəstəxana bombaladı

9 dinc sakin ölüb.

Rusiya yenidən Suriyada dinc əhalini bombalayıb.

Məlumata əsasən, Rusiyanın döyüş təyyarələrinin Hələb əyalətində yerləşən xəstəxananın bombalanması nəticəsində 9 dinc sakin ölüb, daha 23 nəfər yaralanıb.

Bildirilir ki, Rusiya təyyarələri fevralın 24-də günortadan sonra Türkiyənin Hatay əyalətinin Reyhanlı bölgəsindəki Cilvəgözü sərhəd məntəqəsindən 35 km aralı Suriyanın Hələb əyalətinin əl-Eterip qəsəbəsindəki sağlamlıq mərkəzini bombalayıb.

Sakinlər bombalanmış binanın altında qalan yaralı və ölüləri çıxarıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər./oxu

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ