Uçuş "An-30B" təyyarəsində reallaşdırılacaq
Açıq səma qzrə razılaşmaya əsasən, Rusiya müfəttişləri 14-18 dekabr tarixlərində Türkiyə üzərində müşahidə uçuşu həyata keçirəcəklər.
Rusiyanın Nüvə təhlükəsinin azaldılması üzrə milli mərkəzin başçısı Sergey Rıjkov bildirib ki, uçuş "An-30B" təyyarəsində reallaşdırılacaq.
Xatırladaq ki, noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcısı Suriya ilə sərhəddə Rusiyaya məxsus bombardmançı təyyarəni vurub.
Türkiyə tərəfi Su-24 təyyarəsinin sərhədi pozduğuna görə vurulduğunu bəyan edib.
Rusiya tərəfi isə təyyarənin Suriya ərazisində vurulduğunu iddia edir./olke.az
7news.az








