RU
Rusiya təyyarəsi Türkiyə sərhədini belə pozub
11:20
1237

Rusiya təyyarəsi Türkiyə sərhədini belə pozub

Türkiyə Müdafiə Nazirliyi Suriya ilə sərhəddə vurulan Rusiyanın “Su-24” tipli təyyarəsinin uçuş trayektoriyasını əks etdirən xəritəni yayımlayıb.

Bu barədə “CNN Türk” xəbər verir. 

Xəritədən məlum olur ki, Rusiya təyyarələri Suriya üzərində uçan zaman müəyyən zaman kəsiyində Türkiyə ərazisinə daxil olublar. 

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə bu gün Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. /azvision

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ