Rusiya məxsus A321 sərnişin təyyarəsinin qalıqlarının aviaqəza yerində səpələnməsi onun havada ikən dağıldığını sübut edir.
7news.az modern.az-a istinadən xəbər verir ki, bu barədə qəzanın araşdırılması üzrə komissiyanın başçısı Ayman əl-Müqəddəmə bildirib.
“Rusiya təyyarəsinin qalıqları 13 km-lik əraziyə səpələnib ki, bu da laynerin havada dağıldığını təsdiqləyir” – deyib əl-Müqədəmə. Şarm əl-Şeyxdən Sankt-Peterburqa uçan A321 sərnişin təyyarəsi oktyabrın 31-də Sinay yarımadası üzərində qəzaya uğrayıb. Göyərtədəki 224 nəfərin hamısı həlak olub. Qəzaya terror aktının səbəb olduğu faktiki, təsdiqlənib.
7news.az








