Türkiyə Su-24 təyyarəsini əvvəlcədən vurmağı planlaşdırdığını de-fakto olaraq qəbul etdi.
7news.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.
“Türkiyənin Baş Qərargahı Su-24 qırıcısının hansı bölgədə və nə zaman əməliyyat həyata keçirəcəyini dəqiq bilirdi. Türkiyə rəsmiləri də Rusiyanın bölgədə həyata keçirdiyi əməliyyatların sayı haqqında dəqiq məlumata malik idi. Eyni zamanda Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuşun bu barədə açıqlaması da rus təyyarəsinin bilərəkdən vurulduğu anlamına gəlir”, - Konaşenkov vurğulayıb.
Qeyd edək ki, Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş dekabrın 21-də Rusiya bombardmançılarının Suriyada həyata keçirdiyi əməliyyatların sayı bağlı dəqiq məlumatlar vermişdi.
7news.az








