RU
Rusiya Türkiyə ilə bağlı
22:32
436

Rusiya Türkiyə ilə bağlı

Rusiya Nazirlər Kabineti 2016-cı il yanvarın 1-dən etibarən Rusiyaya idxalı qadağan olunan Türkiyə məhsullarının siyahısını təsdiqləyib.


Türkiyədə yetişdirilən tərəvəzlərdən xiyar, pomidor, soğan, rəngli kələm və brokolinin Rusiyaya gətirilməsi qadağan edilib.

Meyvələrin "qara siyahı"sında sitruslar (portağal, mandarin və onların hibridləri), alma, armud, ərik, şaftalı, nektarin, gavalı, göyəm, üzüm və çiyələk var.

Türkiyədə istehsal olunan heyvandarlıq məhsullarından toyuq və hind toyuğunun, onlardan hazırlanan məhsulların, bundan başqa, duz və qərənfilin idxalı da yasaqlanır.

Bəzi məhsullar, məsələn limon, iri buynuzlu heyvanların əti, balıq və süd məhsulları isə siyahıya salınmayıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ