RU
Rusiya Türkiyə ilə münasibətlərin yaxşılaşmasına hazırdır
10:36
1206

Rusiya Türkiyə ilə münasibətlərin yaxşılaşmasına hazırdır

Rusiya əvvəlkitək Türkiyə ilə münasibətlərdə “donu açmağa” hazırdır, bir şərtlə ki, bu ölkə Rusiyaya məxsus Su-24 bombardmançısının vurulmasında məsuliyyəti qəbul etsin.

7News.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki. bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

Xatırladaq ki. Rusiya-Türkiyə münasibətləri ötən il noyabrın 24-də Türkiyənin F-16 qırıcısının Türkiyənin hava məkanını pozması ittihamı ilə Rusiyanın Su-24 bombardmançısını vurmasından sonra pisləşib. Bu hadisədən sonra Rusiya hökuməti Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsi barədə qərar verib.

“Rusiya-Türkiyə münasibətləri, yumşaq desək, daha yaxşı ola bilər. Bildiyiniz kimi, soyuqlaşma bizim günahımız üzündən baş verməyib. Biz münasibətlərin “donunu açmağa” hazırıq, bir şərtlə ki, Türkiyə rəhbərliyi Suriyanın hava məkanında Rusiya təyyarəsinin vurulmasına görə məsuliyyəti qəbul etsin. Lakin hələlik Türkiyə tərəfdən buna heç eyham da yoxdur”, - “RİA Novosti”yə müsahibəsində Matviyenko belə deyib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ